Rusiyada təyyarə qəzası: Pilot öldü

Primorsk vilayətində yüngül “ZLIN-142” təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub. 

Bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Qəza iyunun 28-də saat 09:45-də (Bakı vaxtı ilə 03:45) Rusiya vilayətindəki Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında baş verib. Təyyarədə 1967-ci il təvəllüdlü kişi olub.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 2-ci hissəsi (hava nəqliyyatında təhlükəsizlik qaydalarını pozma) ilə cinayət işi açılıb.