Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına seçkilərdə federal partiya siyahısı üzrə səsvermənin yenilənmiş ilkin nəticələrini dərc edib.
Məntəqə bülletenlərinin 90,43 faizinin emalı nəticəsində ilk beş partiya mövqelərini qoruyub.
“Vahid Rusiya” səslərin 57,86 faizini toplayıb. Rusiya Federasiyası Kommunist Partiyası (RFP) 13,84 faizi ilə ikinci, Liberal Demokrat Partiyası (LDPR) 8,9 faizi ilə üçüncü yerdə qərarlaşıb.
Dördüncü və beşinci yerləri müvafiq olaraq “Yeni Xalq” (7,94 faiz) və “Ədalətli Rusiya” (4,95 faiz) partiyaları tutub.
Təqdim olunan məlumatlara görə, qalan siyasi qüvvələr hələ də müəyyən edilmiş 5% həddini aşmayıblar. “Təqaüdçülər” Partiyası səslərin 2,04%-ni, Yaşıllar Partiyası 1,13%, Rusiya Kommunistləri Partiyası 0,86%, “Rodina” isə 0,72% səs toplayıb.



