Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıb

Azərbaycanın Qarabağ bölgəsinin Əsgəran rayonunda Rusiya sülhməramlılarının daha bir müşahidə məntəqəsi bağlanıb. 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 5-i və 6-sında da Rusiya MN Qarabağda-Şuşa, Ağdərə və Əsgəran rayonlarında müşahidə postlarının bağlanması barədə məlumat yaymışdı.