Rusiyada növbəti dəfə müharibə ilə bağlı maraqlı qərar verilib. Bundan sonra Belqorod vilayətinin Qrayvoronski rayonunun sakinlərinə dron hücumları barədə radio vasitəsilə məlumat veriləcək.
Bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat yayıb.
“Biz Qrayvoronski rayonunda “Mir Beloqorya” və “Radio Z” radio tezliklərində dron hücumu barədə xəbərdarlıqların verilməsini elan etmişik. Başa düşürük ki, bölgəyə yaxınlaşan dronlar haqqında bu cür məlumat insan həyatını xilas edir və bu qərarı vermək tamamilə zəruri idi”, – deyə o yazıb.
Qladkov əlavə edib ki, bu məlumat xüsusilə sərhəd bölgələrində aktualdır.
Qeyd edək ki, bənzər xəbərdarlıq əvvəllər Volokonovski rayonunda da tətbiq edilmişdi.
Bu cür metodlar ötən əsrdə də tətbiq edilib. Hələ SSRİ dövründə, 1941-45-ci illərdə yaxınlaşan düşmən təyyarəsi, aviahücumlar barədə xəbərdarlıq küçələrə quraşdırılmış səsgücləndiricilər, həyəcan siqnalları vasitəsilə elan edilirdi.




