“Rusiya ərazisinin təxminən 90%-i artıq qarla örtülüdür”.
Bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand TASS-a bildirib.
Vilfandın sözlərinə görə, havaların isti keçməsi ilə əlaqədar Rusiyanın şimal vilayətlərinin bir hissəsində mövcud qar örtüyü ərisə belə, ölkənin 87%-i qarla örtülü qalacaq. Noyabrın 23-dək Volqa Federal Dairəsinin qarsız olacağı gözlənilir.
Hazırda Şimal-Qərb Federal Dairəsi, Uzaq Şərq, eləcə də Ural və Sibirdə qar yağır.




