Rusiya Hüseyn Həsənovu yenidən axtarışa verdi: Azərbaycanda gizlənir?

Rusiya Daxili İşlər Nazirliyi bloger Hüseyn Həsənovu növbəti dəfə axtarışa verib.

Bu barədə “RİA Novosti” nazirliyin məlumat bazasına istinadən məlumat yayıb.

“Hüseyn Həsənov… Axtarış səbəbi: Cinayət Məcəlləsi ilə axtarışa verilib… Yenidən elan edilib”, – məlumatda qeyd olunur.

Həsənov əvvəllər axtarışa verilib və çirkli pulların yuyulmasına görə qiyabi həbs edilib. İddia aprelin 23-də Moskvanın Çertanovski Məhkəməsinə verilib.

Blogerə qarşı Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi (“Xüsusən külli miqdarda çirkli pulların yuyulması”) ilə cinayət işi açılıb. Onu yeddi il həbs cəzası gözləyir.

Həsənov 2024-cü ildən Rusiyada yaşamır. Bəzi məlumatlara görə, o, Azərbaycanda yaşayır.