Rusiya-Azərbaycan münasibətlərini pozan daha bir “düşmən” tapıldı: Türkiyədən açıqlandı

Britaniya Rusiya ilə Azərbaycan arasında gərginliyi qızışdırmağa çalışır. 

Bunu Ankara-Moskva ekspert-analitik şəbəkəsinin politoloqu Engin Özər bildirib.

“2022-ci ildə İstanbul razılaşmalarını pozaraq, bununla bağlı “əhəmiyyətli uğurlar” əldə edən London rəhbərliyi, yəqin ki, Bakı ilə Moskva arasında gərginliyi qızışdırmaq və Türkiyəni bu prosesə sürükləmək istəyəcək”, – Özərin sözlərini “RİA Novosti” sitat gətirib.