“Bu gün apellyasiya şikayətinə baxılacaq, hesab edirik ki, Rəqsanə İsmayılova azadlığa buraxılmalıdır”.
Bu sözləri müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev deyib.
Vəkilin sözlərinə görə, müvəkkili özünü təqsirli hesab etmir.
Hikmət Əliyev “Zərərçəkmişlərin adını qeyd edə bilərsinizmi” sualına isə: “Hazırkı vəziyyətdə onların adlarının qeyd edilməsi istintaq sirrinin pozulmasına səbəb ola bilər. Ona görə də həmin şəxslərin adını açıqlamaq istəmirəm”, – deyə cavab verib.
Hikmət Əliyev onu da qeyd edib ki, Rəqsanə İsmayılovanın Rusiyada iş adamının azadlığa buraxılması üçün onun yaxınlarından 520.000 ABŞ dolları məbləğində pul alması haqda ittiham doğru deyil: “Bu haqda məlumat vermək istəmirəm. Məsələ tamamilə başqadır”.
“İfaçının həyat yoldaşı Fazil Əmiraslanovun Rusiyadakı restoranı satışa çıxararq ifaçının borclarını ödəyəcəyi haqda xəbərlər doğrudurmu” sualına isə Hikmət Əliyev: “Bu haqda məndə elə bir məlumat yoxdur. Bu məsələ doğru deyil”, – deyib.




