Rusiyanın Orenburq vilayətindəki “Qara delfin” koloniyasında ömürlük həbs cəzası çəkən keçmiş senator Rauf Araşukov aclıq elan edib.
Bu barədə onun vəkili Dmitri Trubnikov məlumat verib.
“Aclıq aksiyası 1 avqust şənbə günü elan edilib. Yalnız su içir”, – deyə Trubnikov bildirib.
Onun məlumatına görə, məhbus işə çıxmaq hüququ olmadan cəza izolyatorunda (kamerasında) saxlanılır və iş fəaliyyəti üçün “normal şərtlərin” təmin olunmasını tələb edir.
Qeyd edilir ki, iyunun 2-də Trubnikov Araşukovun “individual” tikiş sexində işə çıxdığını bildirmişdi.




