Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Qətərli fotoqraf Xalid əl Misslam Qətərdəki Dünya Çempionatını işıqlandırarkən ölən ikinci jurnalist olub.

Bu barədə “Gulf Times” nəşri məlumat verib.

Mərhum Al Kass TV-nin əməkdaşı olub. Ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, 9 dekabrda ABŞ-dan olan jurnalist Qrant Uol da çempionatı şərh edərkən həyatını itirib.