Müəyyən bölgələrin ayrı-ayrı fənlər üzrə qəbul imtahanlarındakı yüksək göstəriciləri artıq ənənə halını alıb”.
Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.
Qeyd olunub ki, Azərbaycan bölməsi üzrə tədris dili fənnindən Sumqayıt şəhəri və Qəbələ rayonu,
ədəbiyyat fənnindən Mingəçevir şəhəri və Qəbələ rayonu, riyaziyyat fənnindən Sumqayıt şəhəri və İsmayıllı
rayonu, fizika fənnindən İmişli rayonu, biologiyadan Sumqayıt şəhəri, Abşeron və Şəki rayonları bütün
illərdə ən yüksək göstəricili bölgələr sırasındadır.
“Şübhəsiz, bu göstəricilər müvafiq şəhər və rayonların təhsil orqanları və müəssisələrinin səmərəli fəaliyyətinin nəticəsidir. Onların iş təcrübəsini respublika miqyasında yaymaq müvafiq elmi-metodik mərkəzlərin və mütəxəssislərin ümdə vəzifələrindən biri olmalıdır. Bundan bütövlükdə respublikanın təhsil sistemi qazanar”,- məlumatda bildirilib.




