Ümumvətəndaş, diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi nəticəsində Azərbaycan vətəndaşlarının 95 ölkəyə sərbəst gediş-gəlişi təmin olunur”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O bildirib ki, 86 ölkəyə diplomatik və xidməti, 22 ölkəyə isə ümumvətəndaş pasportuna malik Azərbaycan vətəndaşları sərbəst gedib-gələ bilir.




