Qəbələdən Xocavəndə
Xocavənd rayonunda çox duyğulu, qürurlu və kədərli anlar yaşandı. Qəbələ rayonundan olan Xocavəndin azadlığı uğrunda canından keçmiş igidlərin ata və anaları övladlarının şəhid olduqları müqəddəs yerləri ziyarət etdilər. Hər kəsin qəlbində bir nisgil, gözlərində yaş, amma eyni zamanda sonsuz bir qürur vardı.
Onlar yaxşı bilirlər ki, övladları bu torpaq üçün canından keçməklə millətini, dövlətini ucalığa qaldırdılar. Vətən torpağı onların şəhadəti ilə azad, onların igidliyi ilə bütöv oldu.
Bu ziyarət həm də bir mesaj idi – şəhidlərin ruhu daim bizimlədir, onların Qəhrəmanlığı unudulmayacaq. Hər şəhid anasının ürəyi vətən sevgisinin ən böyük rəmzidir. Hər şəhid atasının baxışı torpağa bağlılığın, qeyrətin ən uca ifadəsidir.
Bizə bu işdə kömək göstərən ,bizə dəstəy olan Xocavənd rayonun icra başçısı Eyvaz Hüseynov müəllimə, Xocavənd Rayon Polis Şöbəsinin rəisi Xəyyam Mirhüseynova, Xocavənd Rayon Icra Hakimiyyətininin əməkdaşı Asim Rüstəmə , bizə bələdçilik edən polislərimizə minnətdarlığımızı bildiririk.
Onu da qeyd edim ki, Vətən müharibəsində Xocavənd uğrunda gedən döyüşlərdə 400- den çox Vətənin mərd oğulları canlarından keçərək Şəhidlik zirvəsinə ucalmışdir.
Bizim Qəbələ rayonundan olan 8 şəhidimiz Vətən müharibəsində Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.Aqsin Ənvərli, Elməddin Mustafayev, Ağaşirin Babayev, Natiq İsmayilov,, Elnur Rəhimov,Təbriz Qasimov, , Üzeyirov Qoşqar Yusifov İmaməddin.
Ordumuzun , dövlətimizin , xalqımızın gücü sayəsində biz bu torpaqlara geri qayıtdıq.
Allah rəhmət eləsin şəhidlərimizə , ərazilərinə can sağlığı versin.
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri













