Putindən Avropaya MÜHARİBƏ MESAJI – “Elə indi hazırıq”

“Rusiya Avropa İttifaqı ilə müharibə etmək niyyətində deyil”.

Bunu Rusiya Prezidenti Vladimir Putin VTB Forumunun — “Rusiya çağırır!” plenar iclasındakı çıxışından sonra keçirilən brifinqdə bildirib.

“Biz Avropa ilə müharibə etməyə hazırlaşmırıq, bunu artıq yüz dəfə demişəm. Amma əgər Avropa birdən bizimlə döyüşmək istəsə və başlasa, biz buna elə indi hazırıq. Burada heç bir şübhə ola bilməz,” — deyə o bildirib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, əgər Avropa ölkələri hərbi əməliyyatlara başlayarsa, Moskvanın “tezliklə danışacaq heç kəsi qalmayacaq”.

Prezident əlavə edib ki, Avropanı Rusiyadan heç kim kənarlaşdırmayıb.