Putin əmin etdi: Rusiya Azərbaycana kompensasiya ödəyəcək

Rusiya AZAL-ın təyyarə qəzası ilə bağlı təzminat ödəmək üçün lazım olan hər şeyi edəcək.

Bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevlə görüşündə deyib.

“Belə faciəvi hallarda tələb olunan hər şeyi Rusiya tərəfi təzminat baxımından edəcək”, – Rusiya lideri bildirib.