Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI

0
37

Rusiya sülhməramlılarının Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.

Bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.

“Orada geosiyasi reallıqlar dəyişib və artıq sülhməramlıların üçün heç bir funksiya qalmayıb”, – Peskov vurğulayıb.

Sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdiyini deyən Peskov bəzi məsələlərin artıq razılaşdırıldığını bildirib.

“Azərbaycan və Ermənistan sülh müqaviləsi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var”, – Kreml sözçüsü qeyd edib.