Ermənistan sülh əsasında qurulmuş dördüncü respublikaya çevriləcək.
Bu barədə Ermənistanın yeni konstitusiyasının qəbulunu elan edən baş nazir Nikol Paşinyan özünün “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, üçüncü respublika dövründə (1991-ci ildə) qəbul edilmiş konstitusiya sülhə və xalqın iradəsinə əsaslanmır. Paşinyan bunun aydın və mübahisəsiz məsələ olacağını qeyd edib.
“Üçüncü respublika münaqişə məntiqinə əsaslanırdı, biz isə sülh məntiqinə əsaslanan dördüncü respublikanı yaradırıq”, – deyə Paşinyan bildirib.




