Bakıda xırda talama əməlləri törədən şəxs həbs olunub.
Hadisələr Nizami rayonu ərazisində baş verib.
48 yaşlı Malik Hümbətov (şərti adla) “Neftçilər” metrostansiyasının yaxınlığındakı “Maklerlər bağı”nda Türkiyə vətəndaşı olan Sarıgol Hüseynə məxsus 10 manatlıq çantanı, həmçinin Bəhruz Nuriyev küçəsindəki binalardan birinin blokunda 350 manat dəyərində olan velosipedi oğurlayıb.
Faktla bağlı Malik Hümbətov saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.
Hər iki zərərçəkən ifadəsində onlara dəyən ziyanın ödənilmədiyini və şikayətçi olduqlarını deyiblər.
Malikin ifadəsi isə qeyri-adi olub. O, dəymiş ziyanı ödəməyə pulu olmadığını bildirərək, məhkəmədən barəsində ən ağır inzibati cəza verilməsini xahiş edib.
Məhkəmə Maliki 1 ay müddətinə inzibati qaydada həbs edib.



