“Oskar” mükafatının təqdimetmə mərasimi Hollivuddan köçürüləcək

“Oskar” mükafatının təqdimetmə mərasimi 2029-2039-cu illərdə Los-Ancelesin mərkəzində yerləşən “Peacock” teatrında keçiriləcək.

Bu barədə təşkilatçı “Academy of Motion Picture Arts and Sciences” və məkanı idarə edən AEG şirkəti məlumat verib.

Hazırda mərasim Los-Ancelesin Hollivud rayonunda yerləşən “Dolbi” teatrında keçirilir.

Xatırladaq ki, martın 15-də Los-Ancelesdə 98-ci “Oskar” mükafatları təqdim olunub.