İsrail Müdafiə Qüvvələri (İDF) İranın paytaxtı Tehranın mərkəzinə silsilə zərbələr endirib.
Bu barədə İDF-nin “Telegram” kanalında məlumat verilib.
“Bu yaxınlarda İDF Tehranın mərkəzində İran terror rejiminin infrastrukturuna qarşı genişmiqyaslı zərbələr seriyasını tamamlayıb. Təfərrüatlar daha sonra açıqlanacaq”, – deyə məlumatda bildirilir.
“Al Jazeera”nın məlumatına görə, İranın Urmiya şəhərində yaşayış massivi də zərbəyə məruz qalıb, dörd yaşayış binası tamamilə dağılıb, xəsarət alanlar var.
Bundan əvvəl İran Yaxın Şərqdəki əsas Amerika və İsrail hərbi obyektlərinə qarşı 83-cü dalğa zərbələrin başladığını elan etmişdi. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) raketlər və zərbə pilotsuz aparatları vasitəsilə İsrailin mərkəzi hissəsindəki Modiin şəhəri yaxınlığında yerləşən hərbi mövqelərinə zərbələr endirdiyini bəyan edib.




