Onlarla azərbaycanlı Rusiyada saxlanıldı – Nə baş verir?

Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı saxlanılıb.

Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak edirlər. İstintaq Komitəsi hələlik məsələ ilə bağlı şərh verməyib.

Baş verənlərin 2001-ci ildə Azərbaycan diasporunun adı ilə hallanan qətllə bağlı olduğu bildirilir. 

Qeyd edək ki, bundan əvvəl Rusiyada tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin iki qardaşının OMON (xüsusi təyinatlı milis dəstəsi – red) tərəfindən döyülərək öldürüldükləri barədə xəbər yayılıb.