Nazir bəzi muzeylərin fəaliyyətini tənqid edib

0
379

Mədəniyyət naziri Anar Kərimov bəzi muzeylərin fəaliyyətini tənqid edib.

O, “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında muzey sahəsinin sürətlə inkişaf etdiyini, onların eksponatların saxlanc yerindən daha çox məlumat mərkəzinə çevrildiyini bildirib.

“Bəzi muzeylər özlərinə eksponat saxlancı kimi yanaşır. Muzeylərin zənginləşdirilməsi vacibdir. Hər rayonun özünəməxsus xüsusiyyətləri əks olunmalıdır”, – nazir bildirib.