NATO-nun Ukrayna üçün sülh planı hazırlayarkən alyansın riayət etmək niyyətində olduğu bir sıra “qırmızı xətlər”i var.
Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Adı açıqlanmayan dörd diplomatın sözlərinə görə, bəzi NATO üzvləri sülh sazişi imzalanmadan əvvəl məsləhətləşmək istədikləri “qırmızı xətlər”in olduğunu israr edirlər. Finlandiyanın xarici işlər naziri Elina Valtonen ölkəsinin tərəfdaşları və müttəfiqləri ilə “qırmızı xətlər” üzərində işlədiyini təsdiqləyib.
“Onlar Kiyevin Şimali Atlantika Alyansına qoşulması, müttəfiqlərin ərazisinə qoşunların və silahların yerləşdirilməsi və beynəlxalq hüquq normalarına riayət edilməsinə aiddir”, – deyə məlumatda qeyd olunub.




