Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?

Rusiya vətəndaşlarına qarşı müharibə başa çatdıqdan sonra da Ukraynaya giriş üçün məhdudlaşdırıcı prosedurlar tətbiq ediləcək.

Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

“Bizim üçün Rusiya düşmən dövlətdir, təcavüzkar ölkədir. Rusiya vətəndaşının xüsusi icazə, viza, həmçinin aidiyyəti qurumlarımız tərəfindən yoxlama olmadan Ukraynaya daxil olması mümkün deyil. Buna görə də hazırda belə bir təhlükə görmürəm”, – o qeyd edib.

Nazir əlavə edib ki, Rusiya vətəndaşlarının Ukraynaya səfəri ilə bağlı hazırda tətbiq olunan xüsusi məhdudiyyətlər gələcəkdə də qüvvədə olacaq:

“Şübhəsiz ki, Rusiya vətəndaşlarına qarşı xüsusi məhdudlaşdırıcı prosedurlar tətbiq ediləcək və bu prosedurlar hazırda da Ukraynaya səfərlərlə bağlı qüvvədədir”.