Müdafiə Nazirliyindən əhaliyə çağırış: Təşvişə düşməyin

Avqustun 18-22-də istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Ağdərədə “Gördəkburun” təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırıb və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırıb.