“Mançester Siti”dən qələbə rekordu

0
317

İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində “Börnli”ni 2 cavabsız qolla məğlub edən “Mançester Siti” rekorda imza atıb.

Son 19 ildə Pep Qvardiolanın yetirmələri çıxış etdikləri bütün yarışlarda 13 oyun ardıcıl qələbə qazanan ilk Premyer Liqa komandası olub.

Sonuncu dəfə analoji nəticəni 2002-ci ildə “Arsenal” göstərib.  

Şəhərlilərin bu seriyanı davam etdirə biləcəyi isə böyük sual altındadır. Belə ki, onların növbəti rəqibi “Liverpul” olacaq.