Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyanın xaricdəki ərazisinin respublikanın tərkibində “yeni dövlət” olacağını açıqlayıb.
O, “X” sosial şəbəkəsində müvafiq maylaşım edib.
“On gündən çox davam edən danışıqlardan sonra seçilmiş rəsmilər və Yeni Kaledoniyanın nümayəndələri tarixi razılığa gəliblər”, – Fransa lideri yazıb.
Makron əlavə edib ki, ümumi gələcək qurmaq üçün hörmət, sabitlik və xoş niyyətin birləşdirilməsinin vaxtı çatıb.
Bundan əvvəl Parisətrafı qəsəbələrdə yeni Yeni Kaledoniya dövlətinin yaradılması haqqında sazişin imzalandığı bildirilirdi. O, Fransanın xaricdəki ərazisinə geniş muxtariyyət verəcək.




