Rusiya və Azərbaycan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam reallaşdırmağa doğru irəliləyir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Moskvada keçirilən görüşün açılışında deyib.
Nazirin sözlərinə görə, iki ölkənin xarici işlər nazirlikləri arasında dialoq Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında müntəzəm təmasları, eləcə də hökumətlər, nazirliklər, dövlət qurumları və parlamentlər səviyyəsində əməkdaşlığı tamamlayır.
Lavrov qeyd edib ki, münasibətlərdə zaman-zaman müəyyən çətinliklər yaransa da, bu, təbiidir və tərəflər buna baxmayaraq əməkdaşlığın inkişafını davam etdirirlər.
Lavrov, həmçinin, sənədin imzalandığı tarixə diqqət çəkərək “22.02.2022” tarixini simvolik adlandırıb.




