İngiltərədə çağırış: Argentinalı futbolçuları Premyer Liqadan qovun

Böyük Britaniya sabiq Baş naziri Marqaret Tetçerin keçmiş köməkçisi Nil Qardiner Premyer Liqada oynayan argentinalı futbolçuların iş vizalarının ləğv edilməsinə çağırıb.

Argentinanın 2026-cı il Dünya Kubokunun yarımfinalında İngiltərə üzərində 2-1 hesablı qələbəsindən sonra meydana “Malvin adaları Argentinanıdır” yazısı olan banner çıxarması Britaniyada qəzəblə qarşılanıb. Qardiner sosial mediada yazıb: “Britaniya əleyhinə bu iyrənc nümayişdə iştirak edən Premyer Liqada oynayan bütün argentinalı futbolçuların iş vizaları ləğv edilməlidir. Buna qarşı heç bir tolerantlıq olmamalıdır”.

Argentinanın millisinin heyətində qapıçı Emiliano Martines (“Aston Villa”), müdafiəçilər Kristian Romero və Marko Senesi (hər ikisi “Tottenhem”), Lisandro Martines (“Mançester Yunayted”), yarımmüdafiəçilər Entso Fernandes (“Çelsi”) və Aleksis Mak Allister (“Liverpul”) oynayır.