Kamçatkada bir neçə əsrlik yuxusuzluqdan sonra püskürməyə başlayan “Kraşeninnikov” vulkanının kül tüstüsü dəniz səviyyəsindən altı kilometr hündürlüyə qalxıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Alimlərin fikrincə, şleyf (burada vulkandan sonra geridə qalan, xüsusi hiss olunan iy, qoxu) cənub-şərq istiqamətində yayılır.
“Küləyin istiqamətini dəyişəcəyi təqdirdə püskürmə Qeyzerlər vadisində turistlər üçün təhlükə yarada bilər. Vulkanla qeyzerlər vadisi arasındakı məsafə təxminən 30 km-dir. Bölgədə seysmik aktivliyin artması vulkanın oyanmasına səbəb ola bilər”, – deyə seysmoloq Aleksey Ozerov bildirib.




