Konqoda Ebola virusundan həyatını itirənlərin sayı 500-ü ötüb

Konqo Demokratik Respublikasında (KDR) yayılmış Ebola virusu nəticəsində 506 şəxs həyatını itirib.

Bu statistikanı Konqo Mətbuat Agentliyi (ACP) yayımlayıb.

Agentliyin təqdim etdiyi rəqəmlərə görə, respublikada ümumilikdə 1 561 rəsmi təsdiqlənmiş yoluxma faktı aşkarlanıb və onlardan 253 nəfər xəstəliyə qalib gələrək sağalıb. Xəstəlik üzrə ölüm göstəricisi 32.4% təşkil edir, virus daşıyıcıları ilə təmasda olan şəxslərin isə 81.6%-ni izləmək və nəzarətə almaq mümkün olub.