KONDİSİONER və QIZDIRICINI əvəz edəcək daşınan cihaz – FOTO

0
601
Kaliforniya Universitetinin mühəndisləri qışın soyuğuna və yayın istisinə qarşı qeyri-adi mübarizə üsulu fikirləşiblər.
Mütəxəssislər vəziyyətdən asılı olaraq insanın dərisini isidən və ya soyudan daşınan cihaz hazırlayıblar.
Belə cihazı birbaşa geyimə quraşdırmaq mümkündür və onun istifadəsi kondisioner və qızdırıcıların işini minimum endirməklə elektrik enerjisi istehlakını xeyli azalda bilər.
Qurğunun prototipi insanın çiyninə bərkidilən sarğı şəklində işlənib hazırlanıb. Onun strukturuna daxil olan akkumulyator, sistem lövhəsi və termoelement elastikdir. Cihaz insan dərisini istifadəçi tərəfindən seçilmiş temperaturda isidib-soyutmaq imkanına malikdir.
Aparıcı mühəndis Renkun Çenin sözlərinə görə, cihaz qızdırıcı və kondisionerləri tamamilə əvəz etmir, lakin insanın özünü rahat hiss etdiyi temperatur diapazonunu xeyli genişləndirir.