KƏHRİZLƏR DAİMİ SU MƏNBƏYİ VƏ HƏYAT MƏNBƏYİDİR

 Təbiətdəki sular iki hissəyə bölünür.Yerüstü və yeraltı sular. Yerüstü sulara okean, dəniz,göl və çaylar daxildir. Yeraltı sularda kəhriz,bulaq və supartezianlardan ibarətdir.

Yeraltı sulara aid edilən kəhriz suları öz bakterioloji xassələrinə görə yerüstü sulara nisbətən daha təmiz,daha keyfiyyətlidir. Ondan kənd təsərrüfatının su təchizatında istifadə edilməsinin böyük əhəmiyyəti vardır.

Kəhrizlərdən ilin hər fəzilində heç bir enerji sərf etmədən istifadə edilir.

Əsrləri yola sala-sala bu günümüzə gəlib çıxmış Füzuli rayon ərazisində 73 kəhriz qeydə alınmışdır. Bunlardan 38 zi işlək,35 isə qurulmuşdur. Qurumuş 35 kəhrizlərdən,22 sini işləyib istismara vermək mümkündür.

Bütün bunları nəzərə alaraq bu ayın 23,24 də,Azərbaycan cu ehtiyatları agentliyi, su və menerosiya elmi tədqiqat İnstitutunun publika hüququ şəxsin əməkdaşları ilə birlikdə,Füzuli rayonunun bir çox kəndlərində yerləşən kəhrizlərin tədqiqatı keçirilmişdir. Tədqiqat zamanı,Elman Rufullayev,Pənah Abdullayev,Zahir Həsənov,QardaşxanSadıqov,Şahmar Məmmədov,Yusif Əhmədov və Sahib Novruzov iştrak etmişlər. Bu yönümdə qərar qəbul edilməsi üçün yaxın vaxtlarda yeni baxışlar keçiriləcək.

Hörmətlə: QAZİ komutan Zahir