Kanada gələcəkdə Avropa İttifaqına daxil olacaq?

Kanada Avropa İttifaqına qoşula bilər.

Bunu Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Mən Kanadanın Avropa İttifaqına qoşulmaq istəməsi ilə bağlı suala ölkənin coğrafi baxımdan Avropada yerləşməməsinin buna əngəl yarada biləcəyini demişdim. Ancaq onların buna cavabı Arktika sərhədidir”, – deyə Kallas söyləyib.