İsrail Yəmənin paytaxtını bombalayır

İsrail qırıcıları Yəmənin paytaxtı Sənada müxtəlif hədəflərə zərbələr endirir,.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“İsrail hava hücumları Yəmənin qərbində yerləşən Səna şəhərinin müxtəlif bölgələrini hədəfə alıb”, – bəyanatda deyilir.

Qeyd edək ki, Səna şəhəri “Ənsar Allah” hərəkatının nəzarətindədir. Onun ordusu tez-tez İsrailə raket zərbələri endirir .

Avqustun 17-də İsrail hərbçiləri Yəmənin Səna bölgəsində “Husi” rejiminin nəzarətində olan enerji infrastrukturu obyektinə zərbələr endirib.