İş yerində yatmağın görün hansı faydaları var

İş yerində qısa yuxu ağır qrafiklə çalışanlar üçün faydalı ola bilər.

Bu fikri somnoloq Sofiya Çerkasova bildirib.

Çerkasovanın fikrincə, iş yerində 15-20 dəqiqəlik yuxu işçini təravətləndirə və günortaya qədər yığılan yorğunluğu aradan qaldıra bilər: “Belə istirahət həm də günü məhsuldar başa vurmağa imkan verir”.

“Yuxudan sonra yorğunluq hiss etməkdən qorxmamalısınız, çünki bu, adətən 40 dəqiqəlik istirahətə aiddir”, – deyə somnoloq bildirib.

Çerkasova həmçinin “power nap” adlanan təcrübəni tətbiq edən Qərb şirkətlərini misal çəkib və belə nəticəyə gəlib ki, bu, işçilərin yaradıcılığını və intellektual fəaliyyətini artırır.