İranın zərbələri Qətər üçün hər il 20 milyard dollar itki ilə nəticələnəcək

İran tərəfindən həyata keçirilən zərbələr Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) ixrac gücünün təxminən 17%-nin sıradan çıxmasına səbəb olub.

Bu barədə “Reuters” agentliyinə “QatarEnergy” şirkətinin baş direktoru və energetika məsələləri üzrə dövlət naziri Səəd bin Şəridə əl-Kaabi məlumat verib.

Onun sözlərinə görə, hücumlar nəticəsində LNG istehsalı üzrə 14 xətdən ikisi, həmçinin qazın maye yanacağa çevrilməsi (GTL) üzrə iki obyektdən biri zədələnib.

Bərpa işlərinin üç-beş il davam edəcəyi gözlənilir. Bu müddətdə Qətər hər il təxminən 12.8 milyon ton LNG ixracından məhrum olacaq ki, bu da illik təxminən 20 milyard dollar itki deməkdir.