İyun ayında münaqişənin kəskin mərhələsində İsrailin hücum etdiyi ilk ərazi Tehrandakı nüvə tədqiqat reaktoru üçün yanacaq istehsalı zavodu olub. Bu barədə məlumat ancaq Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) idi.
Bunu İranın vitse-prezidenti və ölkənin Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami deyib.
“İsrailin ilk hücum etdiyi ərazi Tehran reaktorunun yanacaq istehsalı zavodu olub… MAQATE-də bu barədə məlumat var idi. Sizin binanızda MAQATE-nin yardımı ilə təchiz edilmiş sınaq obyekti olanda və həmin təchiz olunmuş obyekt hədəfə çevriləndə sual yaranır: MAQATE-nin məlumatlarından sui-istifadə olmasaydı, necə bu qədər dəqiq hədəfə alına bilərdi?”, – İslami deyib.
O qeyd edib ki, hücuma məruz qalan zavod radioaktiv maddələr istehsal edir.




