“İranda hava çirkliliyi səbəbindən hər il 58 000 insan ölür”.
Bunu ölkənin səhiyyə nazirinin müşaviri Xosrov Sadeqniyyət deyib.
Qeyd olunur ki, havanın çirklənməsi müxtəlif növ xərçəng, ürək-damar xəstəlikləri, ağciyər xəstəlikləri və digər ciddi problemlərə səbəb ola bilər.
Araşdırmalar göstərir ki, havanın çirklənməsində ən çox köhnəlmiş motosikletlər və digər nəqliyyat vasitələri rol oynayır.




