“İran İraqın elektrik stansiyaları üçün qaz tədarükünü tamamilə dayandırıb”.
Bu barədə İraqın Elektrik Enerjisi Nazirliyinin nümayəndəsi Əhməd Mussa INA agentliyinə məlumat verib.
“İran tərəfi Elektrik Enerjisi Nazirliyinə teleqram göndərərək gözlənilməz hallar səbəbindən qaz tədarükünün tamamilə dayandırılması barədə məlumat verib. İran qazının tədarükü tamamilə dayanıb ki, bu da şəbəkədə 4 000 – 4 500 meqavat elektrik enerjisinin itirilməsinə gətirib çıxarıb”, – deyə Mussa qeyd edib.
Onun sözlərinə görə, nazirlik fəaliyyətini davam etdirən elektrik stansiyalarını təchiz etmək üçün yerli alternativ yanacaq növlərindən istifadəyə keçib.




