İran Ermənistana yeni səfir təyin edib

İran Gürcüstan və Ermənistana yeni səfirlər təyin edib.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.

O qeyd edib ki, Əli Mocani İranın Tbilisidəki, Xəlil Şirqulami isə İrəvandakı səfiri olacaq.

Məlumata görə, hazırda Əli Mocani – diplomat və İran Xarici İşlər Nazirliyinin (XİN) müşaviridir. Xəlil Şirqulami isə İran XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində tədqiqatlar üzrə direktor müavini vəzifəsini tutur.