İran Ermənistana daha bir körpü hədiyyə etdi

İran Ermənistana piyada körpüsü hədiyyə edib.

Körpü Ayrumda quraşdırılıb. Bu barədə Tavuş vilayətinin administrasiyası məlumat yayıb.

“Ayrum stansiyasının piyada körpüsü istifadəyə hazırdır. Əvvəlki körpü may ayında Debed çayında baş verən daşqın zamanı dağılıb. Bu metal körpü Ermənistana İrandan hədiyyə olub”, – məlumatda deyilir. Bu, İranın bağışladığı ikinci körpüdür. Birincisi Alaverdi şəhərinin “Sənain stansiyası” ərazisində quraşdırılıb.