İNK-nın ən kiçik üzvü Azərbaycanı Beynəlxalq yarışlarda təmsil edir

0
1067

Naxçıvan Açıq Beynəlxalq Karate-do Turnirinin 23 kq çəki dərəcəsi ilə qalibi İctimai Nəzarət Koalisiyasının ən kiçik üzvü Zəhra Cavadlıdır. Şuşa şəhər 1 saylı tam orta məktəbin 2-ci sinif şagirdi 4 yaşından karate ilə məşğuldur. 6 yaşından yarışlarda iştirak edən Zəhra bu ilin ən yaxşı idmançısı olub. Klublar arası Respublika və Beynəlxalq turnirlərin qalibi olan bu kiçik idmançı qız bu il Bakıda keçirilən 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 13 ölkə arasında Karate-do üzrə Beynəlxalq yarışda 1-ci yerə layiq görülüb. Heydər Əliyevin doğum gününə həsr olunmuş 9 ölkə arasında Naxçıvan open yarışında da Zəhra 1-ci yerin sahibi olmuşdur.

Zəhra Cavadlı hazırda bu ilin sentyabr ayında Batumidə keçiriləcək Beynəlxalq yarışa hazırlaşır.

Bu balaca idmançı qızımıza idmanla yanaşı həyatının bütün sahələrində daimi uğurlar arzu edirik.

ictimaixeber.az