Əslən Qəbələ rayonu Qəmərvan kəndindən olan İdrisov Ruslan Qabil oğlu 2002 -ci il iyun ayının 6-sı Ukraynada anadan olmuşdur. 2009 -cu ildə Qəbələ rayonu 3 saylı tam orta məktəbin 1-ci sinfinə getməyə başlamış , 2020- ci il Zarağan kənd 2 saylı tam orta məktəbin 11 -ci sinfini bitirmişdir. 2020 ci il 11 iyulda həqiqi hərbi xidmətə getmişdir. Ruslan 2020 ci il 27 sentyabrda başlanan müharibədə həqiqi hərbi xidmət etdiyi Goranboy rayonunda yerləşən N saylı hərbi hissədən iştirak etmişdir .Ailəsi ilə sonuncu danışığı 21 sentyabrda olmuşdur. Müharibə vaxtı əlaqə saxlanıla bilməmiş, iki aya yaxın sonra şəhid olduğu təsdiqlənmiş, 27 noyabrda ailəsinə şəhid olduğu xəbəri verilmişdir.Şəhid İdrisov Ruslan 2020 ci il 28 noyabrda Qəbələ rayonu Soltannuxa kənd qəbristanlığında dəfn olunmuşdur. Bir bacısı və bir qardaşı var idi.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş İdrisov Ruslan Qabil oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 5 il keçir. Bu münasibətilə şəhid ailələri, din xadimləri, kənd sakinləri, yaxınları qazilər, şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən Ruslan İdrisovun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Şəhidin anası Səfayə ana çıxış edərək gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.
Çıxış edənlər şəhidin ailəsinə başsağlığı vermişlər.
Allah rəhmət eləsin şəhidlərimizə
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, Qəbələ rayon nümayəndəliyin rəhbəri
Təranə Alməmmədova

















