İbrahim Tatlısəsin son görüntüləri

Ankara Bilkent Şəhər Xəstəxanasında müalicə alan məşhur sənətçi İbrahim Tatlısəsin xəstəxana bağçasında çəkilmiş şəkli paylaşılıb. Tatlısəs şən görünür.

Ankara Bilkent Şəhər Xəstəxanasında fizioterapiyaya başlayan məşhur sənətçi İbrahim Tatlısəsin yeni fotosu paylaşılıb.

Məlumata görə, Tatlısesin səhhəti getdikcə yaxşılaşır. Müalicə müddətində onu nazirlər və yaxın dostları da tək qoymayıb. Sənətçinin xəstəxanadan nə vaxt evə buraxılacağı isə hələlik açıqlanmayıb.