Türkiyə NATO sammiti zamanı terror aktının törədiləcəyi ilə bağlı iddiaları təkzib edib

Türkiyədə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi Ankarada NATO sammiti zamanı mümkün terror aktı ilə bağlı yayılan iddiaları təkzib edib.

Bu barədə məlumat qurumun “X” səhifəsində paylaşılıb.

Türkiyə Ankarada NATO sammiti zamanı terror aktının törədiləcəyi ilə bağlı iddiaları təkzib edib

Rəsmi açıqlamada bildirilir ki, sosial şəbəkələrdə yayılan və paytaxtda beynəlxalq sammit zamanı mümkün insidentlərlə bağlı iddialar həqiqətəuyğun deyil.

Qurumun qiymətləndirməsinə görə, bu cür paylaşımlar əhali arasında əsassız narahatlıq yaratmağa və real vəziyyəti təhrif etməyə yönəlib.

Mərkəz qeyd edib ki, müvafiq qurumlar təhlükəsizliyin təmin olunması üçün bütün zəruri tədbirləri görür. Eyni zamanda, yalan məlumat yayan şəxslərlə bağlı artıq hüquqi prosedurlar başladılıb.

Vətəndaşlara yalnız rəsmi mənbələrə istinad etmək və təsdiqlənməmiş məlumatlara etibar etməmək tövsiyə olunub.