Hərbi xidmət üçün qeydiyyatdan keçməyən və cinayət törədən 2875 nəfər Rusiya vətəndaşlığından çıxarılıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bəyanat yayıb.
Onun sözlərinə görə, 2023-cü ildən əvvəl vətəndaşlıq almış 2875 nəfərin Rusiya vətəndaşlığı ləğv edilib.
Volk bildirib ki, ləğvetmələrin əsas səbəbləri cinayət məhkumluğu və hərbi xidmət üçün qeydiyyatdan keçilməməsi olub.
O, bu qərarın milli təhlükəsizliyə təhdid yaradan şəxslərlə mübarizənin effektivliyini artırmaq məqsədi daşıdığını qeyd edib.




