Hər 45 dəqiqədən bir oturmağa ara vermək lazımdır: Hərəkətsiz bədəndə nələr baş verir?

Müasir həyat tərzi insanları uzun müddət oturmağa məcbur edir və bu, əslində, insan skelet-əzələ sistemi üçün təbii olmayan bir vəziyyətdir.

Aparılan araşdırmalar göstərir ki, mütəmadi idman belə saatlarla oturmaqdan yaranan zərərləri tam kompensasiya edə bilmir.

45 dəqiqə hərəkətsizlikdən sonra bədəndə nə baş verir?

  • Metabolizma təxminən 90% yavaşlayır;
  • Yağyanma prosesi demək olar ki, dayanır;
  • Bud və omba əzələləri fəaliyyətini azaldır, bu isə qan dövranını pozur;

Fleboloqalar xəbərdarlıq edir ki, bu həyat tərzi varikoz riskini ciddi şəkildə artırır.

Daim oturmaq çanaq orqanlarına qan axınını zəiflədir. 45 dəqiqə qaydasını tətbiq edən ofis işçilərinin şəxsi müşahidələri isə maraqlıdır:

  • bel ağrıları azalır və ya tam yox olur,
  • diqqət artır,
  • günortadan sonra yaranan yorğunluq hissi aradan qalxır.

Mütəxəssislərdən tövsiyə: 45 dəqiqə otur, 5-10 dəqiqə hərəkət et

Erqonomiya üzrə mütəxəssislər sadə bir qayda təqdim edir:
45 dəqiqə oturduqdan sonra 5-10 dəqiqə aktiv hərəkət edin.

Tam məşq proqramı etmək vacib deyil – sadəcə:

  • dəhlizdə bir neçə dəqiqə gəzin,
  • pilləkənlə qalxın,
  • və ya yüngül dartınma hərəkətləri edin.

Ortopedlər bu qısa fasilələrin onurğa sağlamlığı üçün çox vacib olduğunu bildirirlər.

Bir çox şirkətlər fasilə qaydasının faydasını görərək əməkdaşlara xatırlatmalar təyin edib. Nəticələr isə olduqca müsbətdir:

  • iş məhsuldarlığı artır,
  • xəstəlik səbəbi ilə işə gəlməmələr azalır.

Bu qayda xüsusilə qan dövranı zəif olan və onurğa problemi başlanğıcı olan insanlar üçün önəmlidir.

Nevroloqlar qeyd edir ki, mütəmadi olaraq pozisiya dəyişmək:

  • beynə qan axınını artırır,
  • qərarvermə sürətini yüksəldir,
  • idrak funksiyalarını gücləndirir.

Sadə bir telefon taymeri belə bu vərdişi formalaşdırmaq üçün kifayətdir.

Zamanla bədən özü siqnal verməyə başlayacaq: artıq ayağa qalxıb hərəkət etməyin vaxtı gəldiyini hiss edəcəksiniz. Bu ritm zamanla təbii hala gəlir və ümumi həyat keyfiyyətinizi yüksəldir.