Hədələdilər: Rusiya bu şəhəri vursa, Moskvanı yerlə-yeksan edəcəyik

Rusiya Brüsselə hücum edərsə, NATO üzvü olan ölkələr Moskvanı yerlə-yeksan edəcək.

Bunu Belçikanın müdafiə naziri Teo Franken “De Morgen”ə müsahibəsində bildirib.

Franken vurğulayıb ki, Qərb ölkələri özlərini təhdid etməyə imkan verməməlidir.

“Putinin bir gün Brüsselə qeyri-nüvə raketi atmağa qərar verəcəyindən qorxursanmı?” sualına Belçika Müdafiə Nazirliyinin rəhbəri belə cavab verib: “Xeyr, çünki o zaman o, NATO-nun ürəyinə zərbə endirəcək, biz isə Moskvanı yerlə-yeksan edəcəyik”.

Rusiyanın Belçikadakı səfirliyi bu cür bəyanatları “təxribatçı” və “məsuliyyətsiz” adlandırıb.

“Frankenin sərgüzəştləri, təəssüf ki, Avropanın müharibə partiyasında güclənən… militarist sapmanın təcəssümü kimi xidmət edir”, – Rusiya səfirliyi qeyd edib.

Həmin müsahibədə Franken Putinin Brüsselə raket atmağa cəsarət edəcəyinə şübhə etdiyini bildirib.

Nazirin sözlərinə görə, onu daha çox Rusiya Federasiyasının mümkün hibrid hərəkətləri narahat edir.