Günəşdə üç güclü partlayış baş verib

Ötən gecə Günəşdə M güc sinfinə məxsus olan üç partlayış qeydə alınıb.

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Oktyabrın 16-da Moskva vaxtı ilə saat 01:28-də (Bakı vaxtı ilə 02:28-də – red.) 51 dəqiqə davam edən M2.7 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 02:45-də (Bakı vaxtı ilə 03:45 – red.) 15 dəqiqə davam edən M2.4 partlayışı baş verib. Moskva vaxtı ilə saat 03:28-də (Bakı vaxtı ilə 02:28 – red.) 7 dəqiqə davam edən M1.1 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Partlayışlar eyni Günəş ləkələri qrupunda baş verib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.